<?xml version="1.0" encoding="UTF-8"?><song><lyrics>[V1]
 Qaranlıq, günahlı olan bu dünya
 Nə sənə, nə mənə, heç kimə qalmaz.
 Bizə qalan yalnız əməllərimiz,
 Rəbbə qulaq asaq, çətinlik olmaz.

[C1]
   Bu həyat sınaqdır, dözün sınağa,
   Əbədi həyatçün dəyər ahlara.
   Nə yaxşı, biz Onun övladlarıyıq,
   Onunçün Ataya sadiq qalmalıyıq.

[V2]
 Gəlin, elə ömür sürək dünyada,
 Rəbb görsün, sevinsin bizə baxanda.
 Elə yaşayaq, nur olaq dünyada,
 Bizə baxan izzət versin Ataya.

[V3]
 Bu dünyada kədəriniz olsa da,
 Sevinin, şadlanın siz Atanızla.
 Qəlbiniz sıxılsa, gözlər yaşarsa da,
 Rəbb gözdən qoymayır sizi bir an da.</lyrics>
<title>Qaranlıq, günahlı olan bu dünya İL474</title>
<hymn_number>474</hymn_number>
</song>